26 İyul 2026
Ölkə futbolu

“Karvan” “İmişli” ilə heç-heçə etdi – VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 21-ci turun oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, turun mərkəzi görüşünda “Karvan” Yevlaxda “İmişli”ni qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Xallarını 39-a yüksəldən “Karvan” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 38 xalı olan “İmişli” isə 3-cü yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43