05 İyul 2026
Dünya futbolu

“Real” Haalandı transfer edə bilər

“Real” klubu futbolçusu Vinisius Juniorun yerinə Erlinq Haalandı transfer edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı oyunçunun Səudiyyə Ərəbistanına getmək ehtimalı var. Bu səbəbdən də Madrid təmsilçisi onun yerinə hücumçu axtarır.

Vinisius Junior cari mövsüm “Real”ın heyətində bütün turnirlərdə 44 oyun keçirib, 19 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43