08 İyul 2026
Ölkə futbolu

Paytaxt klubu baş məşqçi ilə bağlı qərarını verdi

Birinci liqa klubu “Bakı Sportinq” baş məşqçisi Elman Sultanovla bağlı qərar qəbul edib.

İdmanxeber.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi mütəxəssislə uzunmüddətli – 2030-cu ilin may ayına qədər yeni müqavilə imzalayıb.

⁠Həmçinin komandanın texniki və inzibati heyəti ilə də 2030-cu il may ayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, hazırda “Bakı Sportinq” turni cədvəlində 26 xalla 5-cidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43