06 İyul 2026
Dünya futbolu

Neymar yenə zədələndi

“Santos”un hücumçusu Neymar Braziliya çempionatının 4-cü turunun “Atletiko Mineyro” ilə matçını başa vura bilməyib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb oyunçunun zədələnməsidir. Bundan əvvəl braziliyalı zədə səbəbindən Braziliya millisinin martdakı təlim-məşq toplanışını buraxmışdı. 

Ümumilikdə bu mövsüm Neymar bütün turnirlərdə 11 matçda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43