“Liverpul” müdafiəçisi Vircil van Deyklə müqavilə müddətini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, Niderlandlı oyunçunun yeni sözləşməsi 2027-ci ilə qədər nəzərdə tutulub.
Van Deyk 2018-ci ildən çıxış etdiyi “Liverpul”un heyətində 314 oyun keçirib və 27 qol vurub.

