25 İyun 2026
Dünya futbolu

“Arsenal”ın futbolçusu Braziliyaya gedir

“Arsenal” futbolçusu Jorjinyo ilə yollarını ayıracaq.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi London gələcək planlarına daxil deyil. Oyunçuya Braziliyadan təklif var. O, karyerasını növbəti mövsümdən “Flamenqo”da davam etdirəcək.

Jorjinyo 2023-cü ilin yanvarında 11,3 milyon avroya “Çelsi”dən “Arsenal”a keçib. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada cəmi 14 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43