Misli Premyer Liqasının XXXIII turunun qapanış matçında “Neftçi” səfərdə “Sumqayıt”ın qonağı olacaq.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” görüşə vacib itkilərlə çıxacaq. Komandanın zədəli futbolçuları – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ryonosuke Ohori və Emin Mahmudov matçda iştirak edə bilməyəcək.
“Sumqayıt” isə qarşılamaya tam heyətlə hazırlaşır. “Kimyaçılar”ın heyətində cəzalı və ya zədəli oyunçu yoxdur.
Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” matçı bu gün saat 20:00-da start götürəcək.

