19 İyun 2026
Dünya futbolu

Sesk Fabreqas “Roma”nın baş məşqçisi ola bilər

“Komo”nun baş məşqçisi Sesk Fabreqas “Roma”nın baş məşqçisi ola bilər.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi 37 yaşlı ispaniyalı mövsümün sonunda komandadan ayrılacaq Klaudio Ranyerinin əvəzləyicisi kimi görür. 

Fabreqas 2024-cü ilin yayından “Komo”ya rəhbərlik edir. Onun rəhbərliyi altında A Seriyasının debütantı 34 turdan sonra 42 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. “Roma” (60 xal) altıncı yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43