“Mançester Yunayted” yay transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik “Havr”ın hücumçusu Enzo Kana-Biyik ilə razılaşıb. 18 yaşlı hücumçu yay transfer pəncərəsində İngiltərə təmsilçisinə qoşulacaq.
Fransalı forvardla 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq. Enzo Fransa gənclər çempionatında 14 oyun keçirib və 8 qol vurub.

