04 İyun 2026
Ölkə futbolu

“Araz Naxçıvan”da itkilər, “Qarabağ” bu xəbərə sevinir

Misli Premyer Liqasının 34-cü turunda “Araz Naxçıvan” “Qarabağ”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu oyuna tam heyətlə hazırlaşır. Zədəsi olan Şahruddin Məhəmmədəliyev artıq komanda ilə birgə məşq edir.

Naxçıvan təmsilçisində isə ciddi itkilər var. Ayyub Allaş, Mustafa Əhmədzadə və Ramin Nəsirli komandaya kömək edə bilməyəcək.

Qarşılaşma saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43