29 İyun 2026
Dünya futbolu

“Bayer”in müdafiəçisi gələcəyindən danışdı

Mövsümün sonunda komandadan ayrılacaq “Bayer”in müdafiəçisi Conatan Tah gələcəyi ilə bağlı sualı cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu  “Tezliklə yeni klubumla bağlı qərar verəcəm. Tarix təyin etmək istəmirəm. Amma bu, iki aydan sonra baş verməyəcək” – deyə, bildirib. 

Daha əvvəl bildirilmişdi ki, “Bayer”in baş məşqçisi Xabi Alonso Tanın bu yay “Real”a keçmək istəyir.

Bu mövsüm 29 yaşlı futbolçu bütün turnirlərdə 48 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43