27 İyun 2026
Ölkə futbolu

Paytaxt klubundan iki transfer birdən – Premyer Liqadan I Liqaya

Azərbaycan I Liqasına vəsiqə qazanan “Şəfa” klubu heyətini yeni futbolçularla gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, Bakı klubu “Səbail”ın qapıçısı Əlirza Müştəbazadə və “Turan Tovuz”un hücumçusu Orxan Əliyevlə anlaşıb. İki futbolçu da növbəti mövsüm “Şəfa” formasını geyinəcək.

Oyunçuların keçidi mövsüm sonu rəsmən açıqlanacaq. 

Hazırda II Liqada mübarizə aparan “Şəfa” çempionatda ikinci pillədə qərarlaşıb və I Liqaya vəsiqəni təmin edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43