“Aston Villa”nın qapıçısı Emiliano Martinez cari mövsümün sonunda klubunu tərk edə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı oyunçu ilə Səudiyyə Ərəbistanı çempionatından maraqlananlar var. Ancaq Martinez hələlik Yaxın Şərqə yollanmaq niyyətində deyil. O, yüksək səviyyədə çıxış etməyə davam edərək 2026-cı il dünya çempionatına ideal formada yollanmaq istəyir.
Argentinalı dünya çempionu bu mövsüm “Aston Villa”nın heyətində 52 oyuna çıxıb, 61 qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.

