“Kəpəz”in baş məşqçisi Azər Bağırov “Sumqayıt”ın maraq dairəsindədi.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Vaqif Cavadovla yolları ayıran “gənclik şəhəri” təmsilçisi hazırda məşqçi axtarışlarını davam etdirir və Bağırov bu siyahıda əsas namizədlərdın biridi.
Gəncə təmsilçisi ilə müqaviləsi davam edən təcrübəli çalışdrıcının mövcud sözləşməsi mayın 31-də başa çatır. Onun “Sumqayıt” variantına müsbət yanaşıb-yanaşmayacağı isə sual olaraq qalmaqdadı.
Qeyd edək ki, Azər Bağırov ötən ilin yayından “Kəpəz”i çalışdırır.

