06 İyul 2026
Dünya futbolu

İnzaqi ərəblərə “yox” dedi

Simone İnzaqi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun təklifini rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis orada çalışmaq niyyətində deyil. Tərəflər arasında danışıqlar olsa da, “İnter”in baş məşqçisi ilə razılıq əldə olunmayıb.

“İnter” hazırda İtaliya çempionatında 37 turdan sonra 78 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Napoli”dən cəmi 1 xal geridə qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43