05 İyul 2026
Ölkə futbolu

Bu gün 2-ci liqada mükafatlandırma mərasimi keçiriləcək

Bu gün Azərbaycan 2-ci liqasında 2024/2025 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, Binə qəsəbə stadionunda, saat 16:00-da başlayacaq mərasimdə liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.

Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.

Xatırladaq ki, 2-ci liqanın qalibi “Şahdağ Qusar”, gümüş mükafatçısı “Şəfa”, bürünc mükafatçısı isə “Şimal” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43