05 İyul 2026
Ölkə futbolu

Rəhbərlik iclas edəcək, qərar verəcək – Klub dağılır?

Azərbaycan I Liqasını tərk edəcəyi dəqiqləşən “Qaradağ Lökbatan”ın gələcəyi qeyri-müəyyəndir.

İdmanxeber.az-a verilən məlumata görə, Bakı klubunun gələcəkdəki fəaliyyəti bu gün keçiriləcək iclasdan sonra bəlli olacaq. Bu gün rəhbərlik məşqçilər heyəti və klub nümayəndələri ilə bir araya gəlib müzakirə aparacaq.

Bundan sonra komandanın taleyi bəlli olacaq. “Qaradağ Lökbatan” rəhbərliyinin II Liqada oynamağa müsbət yanaşmadığı bildirilir.

Bu səbəbdən də klubun fəaliyyətini  dayandıracağı gündəmdədir. Məsələ ilə bağlı bu gün keçiriləcək iclasın ardından yekun qərar veriləcək. 

Xatırladaq ki, “Qaradağ Lökbatan” bu gün saat 17:00-da “Qəbələ” ilə üz-üzə gəlir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43