29 İyun 2026
Ölkə futbolu

Millimizin futbolçusu yeni klubunda nə qədər qazanacaq? – DƏQİQ RƏQƏMLƏR 

“Səbail”in qapıçısı Əlirza Müştəbazadə karyerasını Azərbaycan I Liqasında davam etdirəcək.

Bakı klubu “Şəfa” ilə anlaşan qolkiper yeni komandası ilə 3 illik müqavilə bağlayacaq. Onun bu müddətdə qazanacağı məbləğ də bəllidir.

Əlirza birinci ilində aylıq 6, ikinci mövsümündə 7, klubdakı sonuncu dönəmində isə 9 min manat maaş alacaq.

Millimizin qapıçısı ümumilikdə 3 ildə “Şəfa”dan 220 min manat qazanc əldə edəcək.

İdmanxeber.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43