19 İyun 2026
Ölkə futbolu

Millimizin futbolçusu Niderland klubunda

Finlandiyanın HİK klubundan ayrılan Ozan Can Kökcü karyerasını Niderlandda  davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu “Volendam”la razılığa gəlib. Bu barədə klub rəsmi açıqlama yayıb.

Niderlandın yüksək liqasına vəsiqə qazanan komanda azərbaycanlı futbolçu ilə 1+1 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43