“Qalatasaray” heyətini gücləndirmək üçün hərəkə keçib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Mançester Siti”nin ulduzu Bernardo Silva ilə maraqlanır. Portuqaliyalı futbolçunun “şəhərlilər”lə müqaviləsi gələn mövsümün sonu başa çatır.
Bu səbəbdən də onun “Qalatasaray”a gəlmək ehtimalı böyükdür. Silva da Türkiyədə oynamağa qarşı deyil.
30 yaşlı futbolçu klublar razılığa gəlsə, “sarı-qırmızılar”a keçə biləcəyini vurğulayıb.

