11 İyun 2026
Dünya futbolu

Xabi Alonso Rodriqonun satılmasını istəmir

“Real” futbolçusu Rodriqonun satılmaslna qarşıdır.

İdmanxeber.az-ın məlumatına görə, yeni baş məşqçi Xabi Alonsonun gəlişinin ardından oyunçu komandada qalacaq. İspaniyalı mütəxəssis onun satılmasını istəmir.

Artıq klubun Rodriqo ilə müqavilənin müddətini uzatmaq istədiyi iddia olunur.

2019-cu ildən “Real”da çıxış edən braziliyalı oyunçu bu mövsüm bütün turnirlər daxil olmaqla 50 oyuna çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Onun madridlilərlə hazırkı sözləşməsinin müddəti 2028-ci ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43