11 İyun 2026
Dünya futbolu

Muslera “Qalatasaray”dan gedir – RƏSMİ

“Qalatasaray”ın qapıçısı Fernando Muslera komandadan ayrılır.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu bu barədə özü açıqlama verib. Mövsüm sonu klubla müqaviləsi bitəcək olan uruqvaylı İstanbul təmsilçisilə yeni sözləşmə imzalamayacaq.

O, Super Liqanın 38-ci turu çərçivəsində keçiriləcək “Başakşehir” matçının ardından komandayla vidalaşacaq. 

Muslera “sarı-qırmızılı” forma ilə ümumilikdə 19 titul (8 Super Liqa, 6 Türkiyə Super Kuboku, 5 Türkiyə Kuboku) qazanıb. O, “Qalatasaray”ın heyətində ən çox kubok qazanan futbolçudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43