08 İyul 2026
Ölkə futbolu

“Əl-Nəsr”dən Ronaldo açıqlaması: “Onunla müqavilə imzalamaq istəyirik”

Son günlərdə portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldonun “Əl-Nəsr”dən ayrılacağı iddia edilir.

İdmanxeber.az-ın məlumatına görə, bununla bağlı klubun idman direktoru Fernando Hyerro mətbuata açıqlama verib:

“Ronaldonun müqaviləsi iyun ayının sonuna kimi davam edir. Onunla yeni sözləşmə imzalamaq istəyirik. Ümid edirəm bununla bağlı irəliləyiş eldə edə bilərik. Onu istəyən bir çox klub var. Ronaldu futbol tarixinin ən böyük simalarından biridir. Səudiyyə Ərəbistanı çempionatının inkişaf etməsində onun böyük rolu oldu. Müqaviləsini uzatmaq üçün danışıqlar aparırıq və onun bizimlə qalmasını istəyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43