Ölkəmizi Konfras Liqasında təmsil edəcək “Araz Naxçıvan” növbəti mövsümün hazırlıqlarına start verib. Rəhbərlik bəzi oyunçularla müqavilə yeniləsə də, komandadan ayrılanlar da olacaq.
Elmar Baxşıyevin planlarına daxil olmayan futbolçulardan biri Miço Kuzmanoviçdir. Bosniyalı oyunçu növbəti mövsüm Naxçıvan təmsilçisində olmayacaq.
Onunla başa çatan müqavilə yenilənmir. Bu barədə futbolçunun özünə də məlumat verilib.
Kuzmanoviç cari mövsüm “Araz Naxçıvan” forması ilə 27 matçda iştirak edib və bir qol vurub.
Həsən Quluzadə/İdmanxeber.az

