“Şamaxı”nın futbolçusu Alfons Mabula Msanqa Tanzaniya millisinin heyətinə dəvət alıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tanzaniya millisi iyunun 3-dən 15-nə qədər Cənubi Afrika Respublikasında baş tutacaq “COSAFA kuboku”nda iştirak edəcək.
Qeyd edək ki, sözügedən yığma iyunun 6-da Cənubi Afrika Respublikası ilə yoxlama oyunu keçirəcək.

