15 İyun 2026
Ölkə futbolu

Peşəkar Futbol Liqasından Dövlət Himninin Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş özəl təqdimatı – VİDEO

Bu gün 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

İdmanxeber.az-ın məlumatına görə, bununla əlaqədar olaraq Peşəkar Futbol Liqası dünən baş tutan Azərbaycan kubokunun final matçının açılış mərasiminin böyük bir hissəsində uşaqların çıxışlarına üstünlük verib. Xüsusi bir məqam isə dövlət himninin ifası zamanı yaşanıb. 

Balacalar Azərbaycan Kubokunda çıxış etmiş komandaların təmsil olunduqları bölgələrdə dövlət himnini ifa ediblər və bu anlar monitorlar vasitəsilə tamaşaçılara təqdim olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43