08 İyul 2026
Ölkə futbolu

Sabiq FIFA referisi Məmmədovun səhv etdiyini deyir: “Hər iki epizod penaltidi”

Azərbaycan Kubokunun finalı iki gün öncə başa çatsa da, görüş ətrafındakı müzakirələr hələ də davam edir. Xüsusilə matçın baş hakimi İnqilab Məmmədovun performansı iki tərəf üçün də xoş qarşılanmayıb.

Oyundan sonra hər iki komandanın baş məşqçiləri referinin qərarlarından narazı qalıblar.

Qarşılaşmada mübahisələrə səbəb olan iki epizod var ki, “Sabah” tərəfinin xeyli etirazına səbəb olub. Penalti gözlənilən epizodlarda referinin davam qərarı birmənalı qarşılanmayıb.

Həmin epizodları dəyərləndirməsi üçün türkiyəli sabiq FİFA referisi Deniz Ateş Bitnelə müraciət etdik.

Həsən Quluzadə / İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43