14 İyul 2026
Dünya futbolu

Bellinqem Almaniya klubuna keçir

“Sanderlend”in yarımmüdafiəçisi Job Bellinqem karyerasını Dortmund “Borussiya”sında davam etdirmək qərarına gəlib.

İdmanxeber.az-ın məlumatına görə, transfer qiyməti 30 milyon avro civarında olacaq. 19 yaşlı Job 2020-2023-cü illərdə “Borussiya”da çıxış edən “Real”ın yarımmüdafiəçisi Jud Bellinqemin kiçik qardaşıdır. 

2024/25 mövsümündə Job “Sanderlend”in heyətində bütün yarışlarda 43 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43