“Milan”ın yarımmüdafiəçisi Ticani Reynders tezliklə “Mançester Siti”nin oyunçusu olacaq.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər 70 milyon avroluq transfer barədə razılığa gəliblər. 26 yaşlı niderlandlı şəxsi müqaviləsinin şərtlərindən razıdır.
2024/25 mövsümündə Reynders 51 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

