16 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Malayziyadan təklif aldı, “Sabah”dan ayrıldı!

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Sabah” legioneri ilə yollarını ayırıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata  görə, söhbət Con İrasabaldan gedir. Futbolçu ilə başa çatan müqavilə yenilənməyib.

Müdafiəçiyə Malayziya klubundan təklif gəlib. Artıq tərəflər arasında razılıq əldə olunub. İrasabal növbəti mövsüm “Sabah”da olmayacaq.

Xatırladaq ki, təcrübəli oyunçu ötən mövsüm paytaxt təmsilçisində 35 oyunda çıxış edib. O, 2022-ci ildən “Sabah”da oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43