04 İyul 2026
Ölkə futbolu

“Sabah” onu buraxmaqda tələsmir – Berezutski bu qərarı verdi

Ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirən Rauf Rüstəmli bir neçə klubun diqqət mərkəzindədir. Bölgə təmsilçisi növbəti mövsüm də futbolçunu  heyətində görmək istəyir. Baş məşqçi Ayxan Abbasov gənc oyunçunun çıxışından razıdır və “Şamaxı”da qalmasını arzulayır. 

Gənc yarımmüdafiəçi müqavilə ilə “Sabah”a məxsusdur. Paytaxt klubu isə futbolçusunu buraxmaqda tələsmir.

Bildirilir ki, baş məşqçi Vasili Berezutski oyunçunun performansını yaxından izləyir. O, komandanın yayda keçiriləcək təlim-məşq toplanışında Rüstəmlini heyətdə görmək istəyir.

Rusiyalı çalışdırıcının da bəyəndiyi gənc futbolçunun taleyinə məhz yay toplanışından sonra aydınlıq gələcək. 

Xatırladaq ki, 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Şamaxı”nın heyətində bütün turnirlərdə 33 oyun keçirib. Onun “Sabah”la müqaviləsi növbəti mövsümün sonuna qədərdir.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43