“Fənərbağça”nın yarımmüdafiəçisi İsmayıl Yüksek karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçuya “Brayton”dan təklif gəlib. Əgər klublar razılaşsa, oyunçu İngiltərəyə getməyə müsbət yanaşır.
26 yaşlı futbolçunun “Fənərbağça” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

