28 İyun 2026
Ölkə futbolu

“Neftçi”nin maraqlandığı futbolçu Ermənistan klubuna keçdi

Adı “Neftçi” ilə hallanan Takuto Oşimanın yeni klubu bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, yaponiyalı futbolçu  Ermənistanın “Noah” klubuna keçib. İrəvan təmsilçisi “Universitatya” (Krayova) klubuna 350 000 avro təzminat ödəyib.

Xatırladaq ki, “Neftçi”nin bu oyunçu ilə danışıq apardığı, klubunun paytaxt təmsilçisindən 500 000 avro istədiyi xəbərləri vardı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43