28 İyun 2026
Dünya futbolu

“Fənərbağça” polşalı hücumçu ilə maraqlanır

“Fənərbağça” heyətini Yuventus”un hücumçusu Arkadiuş Miliklə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu polşalı forvardla maraqlanır.  Tərəflər arasında danışıqların start götürdüyü bildirilir. Futbolçunun “Yuventus”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Milik 2023-cü il iyulun 1-də “Napoli”dən Turin klubuna keçib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43