28 İyun 2026
Dünya futbolu

“Qalatasaray”ın istədiyi oyunçu qərarını verdi

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva gələcək karyerası ilə bağlı qərarını verib.

İdmmanxeber.az-ın məlumatına görə, portuqaliyalı oyunçu “şəhərlilər”də qalacaq. Onun klubla müqaviləsi gələn il başa çatır. Silva sözləşməsinin sonuna qədər Mançester klubunda qalmaq niyyətindədir.

Xatırladaq ki, ulduz futbolçunun adı bir müddətdir “Qalatasaray”la hallanırdı.

Silva 2017-ci ildən bəri İngiltərə təmsilçisinin formasını geyinir. O, son mövsümdə 49 oyuna çıxaraq, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43