05 İyun 2026
Dünya futbolu

“Əl-Hilal” Osimhen üçün yeni təklif hazırlayır

“Əl-Hilal” nigeriyalı ulduz futbolçu Viktor Osimhen üçün yeni və daha sərfəli təklif verməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə klubu hücumçunu heyətinə qatmaqda israr edir. “Napoli” rəhbərliyi isə futbolçunu yalnız 75 milyon avro dəyərində sərbəstqalma bəndi ödənildiyi halda buraxmağa razıdır. Bu məbləğin 3 hissədə ödənilməsi də mümkündür. 

Osimhen mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. O, İstanbul klubunun da transfer siyahısıa daxildir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43