03 İyul 2026
Dünya futbolu

“Başakşəhər” özbək futbolçu ilə danışıq aparır

“Başakşəhər” İtaliyanın “Roma” klubunda çıxış edən özbək hücumçu Eldor Şomurodovla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, transferin baş tutma ehtimalı yüksək qiymətləndirilir. Bir müddətdir tərəflər arasında danışıqlar davam edir. 

Klublar  7-8 milyon avro aralığında bir transfer haqqı üçün müzakirələr aparır.

Özbək futbolçunun gələcək karyerasını hansı ölkədə davam etdirəcəyi yaxın günlərdə bəlli olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43