03 İyul 2026
Ölkə futbolu

“Sabah”ın yay hazırlıq planı bəlli oldu

“Sabah”ın yay hazırlıq planı bəlli olub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Masazır təmsilçisi iyunun 22-də Avstriyanın Qrats şəhərinə yola düşəcək. Avstriyada baş tutacaq təlim-məşq toplanışı iyulun 5-dək davam edəcək.

Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Sabah” iyunun 29-da “Rapid” (Buxarest, Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə qarşılaşacaq. 

Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasında ilk oyununu iyulun 10-da Bakıda Sloveniyanın “Çelye” komandasına qarşı keçirəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43