08 İyul 2026
Ölkə futbolu

“Araz-Naxçıvan” fransalı futbolçu ilə anlaşdı – RƏSMİ 

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Çarles Boli ilə anlaşıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan sag cinah yarımmüdafiəçisi ilə müqavilənin müddəti 1 illikdir. O, karyersı ərzində Fransanın “Lans”, “Po”, “Paris”, eləcə də İtaliyanın “Viçentsa” klublarında çıxış edib.

Son mövsümü Kiprin “Apollon” (Limasol) komandasında keçirən 26 yaşlı futbolçu 23 matçda meydana çıxıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43