03 İyul 2026
Ölkə futbolu

“Sumqayıt”da daha 3 ayrılıq

“Sumqayıt”da daha 3 ayrılıq gerçəkləşib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müqaviləsi başa çatan futbolçular – Elvin Bədəlov, Cəsurbek Cəloliddinov və Bobir Abdixolikovla yollar ayrılıb.

“Sumqayıt” bu gün Murad Xaçayevin də gedişini açıqlamışdı.B u yay həmçinin, Miloş Miloviç, Momo Yansane və Rövlan Muradov da “Sumqayıt”dan ayrılıb. Vüqar Mustafayev isə karyerasını başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43