“Sabah” Vinsent Till ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.
Klub Vinsent Tillə xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

