“Atletiko” 35 yaşlı müdafiəçi Sezar Aspilikuetanın klubdan ayrıldığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli oyunçu Madrid klubunun heyətində 53 oyun keçirib, 1 qol vurub və iki məhsuldar ötürmə edib. O, 2023-cü ildən İspaniya yığmasında çıxış edir.
Bundan başqa, futbolçu karyerasında “Çelsi”, “Marsel” və “Osasuna”da çıxış edib. “Transfermarkt” portalının məlumatına görə, oyunçunun bazar dəyəri 1,5 milyon avrodur.

