“Beşiktaş” klubu Artur Masuaku ilə müqavilə uzatmayıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi 31 yaşlı oyunçu ilə sözləşmə yeniləməyib.
Konqo millisinin üzvü ötən mövsüm “ağ-qaralar”ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

