25 İyun 2026
Ölkə futbolu

“Səbail” Premyer Liqadan oyunçu aldı

Növbəti mövsümü Azərbaycan I Liqasında keçirəcək “Səbail” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisi “Şamaxı”nın futbolçusu ilə güclənir. Bölgə klubunun müdafiəçisi  Səbayıl Bağırov yeni mövsümdən “dənizçilər”də çıxış edəcək.

Artıq tərəflərin razılığa gəldiyi bildirilir. Səbayıl yaxın günlərdə yeni klubu ilə müqavilə imzalayacaq. 

30 yaşlı futbolçu ötən mövsüm “Şamaxı”nın heyətində 21 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43