“Sabah” qapıçısı Yusif İmanovun adını UEFA-ya verdiyi iştirak ərizəsinə daxil etməyib. Oyunçunun yaxın vaxtda komandadan ayrılacağı gözlənilir.
Əldə etdiyimiz məlumata görə, “İmişli” İmanovun xidmətində maraqlıdır. Bölgə təmsilçisi onu heyətini qatmaq üçün israr edir. Tərəflər arasında ilkin danışıqlar da baş tutub.
Ancaq qolkiper bölgə klubunun təklifinə müsbət yanaşmır. O, karyerasını ölkəxaricində davam etdirmək istəyir. Futbolçu Azərbaycanda oynamaq istəmir.
“İmişli” rəhbərliyi isə oyunçudan vaz keçmək niyyətində deyil. Tərəflər arasında daha bir görüş keçiriləcək. Bunun ardından İmanovun karyerasını harda davam etdirəcəyi bəlli olacaq.
Həsən Quluzadə / İdmanxeber.az

