08 İyul 2026
Ölkə futbolu

 “Sabah” indi ölkədə böyük klub sayılır” – Murad Musayev

“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev Azərbaycanda işlədiyi dövrdən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, hazırda “Krasnodar” klubunun baş məşqçiliyini edən mütəxəssis buradakı işindən qürur duyduğunu bildirib:

 “Sabah” indi ölkədə böyük klub sayılır və artıq Vasili Beresutski ilə kuboku qazandıqdan sonra üçüncü dəfə avrokuboklarda oynayacaq. Mən o vaxtı komandaya gedəndə “Sabah” sonuncu yerdə idi. Mövsümün sonunda isə beşinci yeri tutduq. Daha sonra gümüş medal qazandıq. Bunların hamısından keçmək lazım idi – çətinliklər, şübhələr. “Krasnodar”a qayıtmaq çox çətin oldu. Bunlardan hamısından keçməli idik ki, uğura çata bilək”.

Murad Musayev 2021-2024-cü illərdə “Sabah”ı çalışdırıb. “Krasnodar” ötən mövsüm Musayevin rəhbərliyi altında tarixində ilk dəfə Rusiya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43