05 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ! “Neftçi”dən ayrıldı, görün hansı komandaya keçdi (ÖZƏL)

“Neftçi”dən ayrılan İsmayıl Zülfüqarlının yeni komandası bəlli olub.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçu karyerasını Azərbaycan I Liqasında davam etdirəcək. O, “Şəfa” klubu ilə anlaşıb.

Növbəti mövsüm iddialı olacaq Bakı təmsilçisi təcrübəli müdafiəçi ilə bu yaxınlarda müqavilə bağlayacaq.

Onunla imzalanacaq sözləşmənin müddəti iki ildir. Əgər komanda Premyer Liqaya çıxsa, müqaviləyə yenidən baxılacaq. 

Xatırladaq ki, Zülfüqarlı ötən mövsümü icarə əsasında “Turan Tovuz”da keçirib. O, müqavilə ilə  “Neftçi”yə məxsus idi.

Futbolçu “ağ-qaralar” qarşılıqlı olaraq sözləşməsini ləğv edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43