12 İyul 2026
Ölkə futbolu

AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) – “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43