28 İyun 2026
Dünya futbolu

“Liverpul”un sabiq futbolçusu Qətər klubunda

“Liverpul”un sabiq futbolçusu Roberto Firmino karyerasını Qətərdə davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçu “Əl Sədd” klubuna keçib. Firmino ilə 2 illik müqavilə imzalanıb.

Təcrübəli oyunçu son olaraq “Əl Əhli”də çıxış edib. O, 2015-2023-cü illərdə “Liverpul”un formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43