05 İyul 2026
Dünya futbolu

Portuqaliya millisinin üzvü La Liqada

İspaniyanın “Real Sosyedad” klubu heyətini yeni transferini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, komanda  “Vulverhempton”dan Qonsalu Qedeşi heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 4 illik sözləşmə bağlanıb.

Portuqaliya millisinin də üzvü olan Qedeş daha əvvəl İspaniyada “Valensiya” və “Vilyarreal”, ölkəsində “Benfika”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43